“Neftçi” ilə iki ay idi danışıq aparırdım. Klub prezidenti Kamran Quliyev və idman direktoru Zaur Əzizova hədəflərimi açıqladım, onlar da bura gəlməyimə vəsilə oldular”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” Futbol Akademiyasının yeni direktoru Cemal Bülbül klubun televiziya kanalına açıqlamasında deyib.
Türkiyəli mütəxəssis qardaş ölkəyə gəldiyi üçün özünü rahat hiss etdiyini söyləyib: “Klub prezidenti ilə söhbətimdə də dedim ki, ilk hədəfimiz oyunçuların “Neftçi”yə bağlılığını artırmaq olacaq. Bura mənim üçün ölkə xarici deyil. Öz ölkəmdəki kimiyəm. Yeganə problemim ailəmdən uzaq düşməkdir. Amma onlar da bir ay ərzində gələcəklər”.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ