“Neftçi” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” artıq İfeani Metyunun transferini reallaşdırıb.
Amma “Neftçi” bununla yetinmək istəmir.
Aldığımız məlumata görə, paytaxt təmsilçisi hücumçu axtarışlarını davam etdirir. Belə ki, “Neftçi” hazırda 3 hücumçu arasında seçim aparır. Klub istədiyi forvardı maliyyə məsələləsində də razı salmağa çalışacaq.
Danışıqların son mərhələsində də problem çıxmasa, daha çox prioritet sayılan forvardla razılaşacaq və 1+1 illik müqavilə imzalanacaq.
Xatırladaq ki, hazırda “Neftçi”nin hücum xəttində Ağadaş Salyanski, Bassala Sambu və Alessio Kurçi yer alıb.
- Naxçıvan stadionu təmirə bağlanır? - “Araz-Naxçıvan”DAN MƏLUMAT
- Son dəqiqələrin qəhrəmanı: TELLUR MÜTƏLLİMOVUN HEKAYƏSİ - VİDEO
- “Kəpəz” bombardiri transfer edir - QIŞDA KOMANDAYA QOŞULACAQ
- FIFA U-15 Dünya Çempionatının ilk iştirakçıları Bakıya gəlib
- “Sabah”ın ÇL-də növbəti sınağı - Dortmund nəhəngi ilə üz-üzə - YENİLƏNİR