Misli Premyer Liqasının 6-cı turu çərçivəsində sentyabrın 27-si saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Karvan-Yevlax” matçının biletləri satışa çıxarılıb.
Apasport.az xəbər veerir ki, bunu paytaxt təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.
- “Qarabağ” “28 Mall”da yeni mağaza açacaq
- "İmişli"dən növbəti transfer – Fil Dişi Sahilindən yarımmüdafiəçi
- Serbiya Superliqasının baş katibi PFL-də – Əməkdaşlıq perspektivləri müzakirə olundu
- Prezident İlham Əliyev U-15 dünya çempionatının təşkili barədə Sərəncam imzalayıb
- "Zaqatala" baş məşqçisi ilə yollarını ayırdı – 9 illik yolun sonu