“Neftçi” məşqləri davam etdirir
06.09.2025 - 21:39
“Neftçi” məşqləri davam etdirir

“Neftçi” çempionat matçlarına hazırlığı davam etdirir.

Apasport.az xəbər verir ki, Misli Premyer Liqasının 4-cü turunda “Sabah” klubu ilə qarşılaşacaq “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində növbəti məşqə çıxıb.

Lakin müxtəlif milli komandaların düşərgəsində olan futbolçular – Emin Mahmudov, Rza Cəfərov, Elvin Bədəlov, Murad Məmmədov, Ağadadaş Salyanski, Edvin Kuç, Alessio Kurçi və Sessi D’Almeyda hazırlıq prosesində iştirak etməyiblər.

Qeyd edək ki, sentyabrın 14-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 19:00-da başlanacaq.