“Neftçi” mövsümlük biletləri satışa çıxardı
06.08.2025 - 19:00
“Neftçi” mövsümlük biletləri satışa çıxardı

2025/26 mövsümü başlamaq üzrədir.

Apasport.az xəbər verir ki, "Neftçi" azarkeşləri yeni mövsümdə “Palms Sports Arena”da yerlərini indidən təmin edib möhtəşəm futbol atmosferinin bir parçası ola bilərlər.

“Neftçi Official Store” mövsümlük bilet sahiblərinə sektoruna görə 10%, 15% və 20%-dək endirim edir (Qərb 1 – 30 AZN, Cənub üst – 40 AZN, Cənub alt – 50 AZN).

VIP üstünlüklərinə xüsusi parkinq, rahat oturacaqlar və seçilmiş paketlərdə premium keyterinq xidməti daxildir (VIP Silver – 200 AZN, VIP Gold – 300 AZN).

Ailə kampaniyasına görə, VIP Family sektorunda valideynlə gələn uşaqlar üçün giriş pulsuzdur (VIP Family – 200 AZN).

Oyunları “skayboks”dan izləyənlər premium keyterinq, xüsusi parkinq və möhtəşəm stadion mənzərəsinə sahib olacaqlar (17-ci və 18-ci skaybokslar – 1000 AZN).

Sistem üzərindən əldə edəcəyiniz QR kod ilə ev oyunlarına giriş edə bilərsiniz.

“Fiziki kart əldə etmək istəyirəm” seçimi ilə oyun günü stadionda yerləşən “Ticket Office”dən kartınızı təhvil ala bilərsiniz.

https://neftchi.az/az/news/neftchi-news-2025-08-06-171132