"Neftçi" onunla müqavilə yenilədi - Rəsmi
26.06.2025 - 11:33
"Neftçi" klubu qapıçısı Emil Balayevlə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, 31 yaşlı futbolçu 2026-cı ilin yayınadək Bakı təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illər aralığında da komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayında kluba qayıdıb. O, Azərbaycan millisinin heyətində 14 oyun keçirib.
- İntizam Komitəsinin iclası keçirilib
- “Qarabağ” Abbas Hüseynovla yollarını ayırdı - RƏSMİ
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kubokunda hakim qalmaqalı – İki sarı vərəqə göstərdi, qırmızı vermədi
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
0
0