
Yeni mövsümün hazırlıqlarını Polşada davam etdirən “Neftçi” bu gün ikinci yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” yerli “Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürən oyun “Sportovi novini” stadionunda təşkil olunub və “Neftçi TV” ilə canlı yayımlanıb.
4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, ilk yoxlama oyununda “Hapoel Təl-Əviv”lə heç-heçə edən (1:1) “ağ-qaralar” digər sınaq matçlarında iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubu ilə qarşılaşacaq.
Yoxlama oyunu
13:30. “Termalitsa Nyeçetşa” - "Neftçi" - 2:2
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
- Filip Krovinoviç: "Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bilirik"
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- Rəşad Sadıqovdan Yurçeviçə cavab: “Özünün Azərbaycanda müqaviləsi necə olub?”
- Qismət Alıyev: “Oyuna tam hazırıq”