"Neftçi"nin baş məşqçisi komandadan ayrılıb - RƏSMİ
21.07.2025 - 17:28
"Neftçi"nin baş məşqçisi komandadan ayrılıb - RƏSMİ

“Neftçi-2”nin məşqçisi Anar Vəliyev komandadan ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2021-ci ildən “Neftçi” Futbol Akademiyasında çalışan Vəliyev 2022/2023 mövsümündən əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevin köməkçisi olub.

O, Əvəzedicilər Liqasının qızıl (2023/2024), gümüş (2024/2025) və I Divizionun gümüş (2022/2023) medallarını qazanıb.