"Neftçi"nin futbolçusu Türkiyə klubuna keçib
26.01.2026 - 16:17
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Coşqunə Əliyeva karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi "Qaziantep" klubuna transfer olunub.
Coşqunə Əliyeva son olaraq "Neftçi"nin formasını geyinib.
0
0