“Neftçi”nin hücumçuları hardadılar? - ÖZƏL
20.03.2026 - 19:48
“Neftçi”nin hücumçuları hardadılar? - ÖZƏL

Misli Premyer Liqasının XXV turunda “Neftçi” “İmişli”ni qəbul edir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın matça hücumsuz çıxmasının səbəbi bəlli olub.

Belə ki, Vensan Abubakar ötən turun “Qəbələ” ilə matçından öncə əzələsində ağrı hiss edib və bu oyunu da buraxmalı olub.

Digər hücumçu Bassala Sambu isə belində ağrılar olması səbəbilə görüşü buraxıb. Məşçilər korpusu forvardı riskə atmamaq üçün onun adını iştirak ərizəsinə salmayıb. 

Qeyd edək ki, hazırda davam edən matçda hesab 3:0 “Neftçi”nin xeyrinədir.