Nəriman Axundzadə Türkiyə Superliqasında
03.08.2026 - 23:55
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, 23 yaşlı hücumçu Superliqa təmsilçisi “Erzurumspor”la ilkin razılığa gəlib.
Axundzadə Türkiyəyə yollandıqdan sonra tibbi müayinədən keçəcək və onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Nəriman Axundzadə 2026-cı ilin fevralında ABŞ-nin “Kolambus Kryu” klubuna transfer olunub. O, MLS təmsilçisinin heyətində qol vura bilməyib.
- Litvada şəhidlərin xatirəsi yad edildi
- Şəhid jurnalistlərin xatirəsinə həsr edilən V minifutbol turniri start götürüb
- Azərbaycanda işləmiş baş məşqçi Gürcüstan millisində - RƏSMİ
- Mahir Emreli: “Sabah yaxşı nəticə qazanacağımıza inanırıq”
- Ayxan Abbasov: “Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır”
0
0