Braziliya millisinin müdafiəçisi Tiaqo Silva Kosta-Rika ilə oyunda (2:0) komanda yoldaşı Neymarla aralarında baş verən anlaşmazlığa münasibət bildirib. Apasport.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, 33 yaşlı futbolçu feyr-pley qaydalarına əməl etməyə çalışdığı bir vaxtda hücumçunun onu təhqir etdiyini açıqlayıb.
“Onun etdiyi hərəkətə görə üzgünəm. Topu rəqibə qaytardım (feyr-pleyə görə) deyə, məni təhqir etdi. Ancaq düzgün hərəkət etdiyimi düşünürəm. Biz vaxt qazanmağa çalışırdıq. Topu qaytardım, çünki onsuz da, zaman anlamında bizə bir yardımı yox idi. İndi sakitəm, ancaq həmin an onun hərəkəti məni məyus etdi” – deyə, Silva bildirib.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək