Nuri Şahin rəsmən "Başakşəhər"də
15.09.2025 - 16:58
Nuri Şahin rəsmən "Başakşəhər"də

"Başakşəhər" yeni baş məşqçisini ictimaiyyətə təqdim edib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisini Nuri Şahin çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Nuri Şahinin son iş yeri "Borussiya Dortmund" olub.