Kolumbiya millisinin futbolçusu Karlos Sançez ölüm təhdidi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, buna səbəb onun dünya çempionatının ilk turu çərçivəsində Yaponiya ilə matçda qırmızı vərəqə almasıdı.
Belə ki, kolumbiyalı azarkeşlər Yaponiyaya 1:2 hesablı məğlubiyyətdə 32 yaşlı yarımmüdafiəçini günahlandırırlar. Onlar artıq bununla bağlı sosial şəbəkələrdə paylaşımlar da ediblər. 3-cü dəqiqədə meydandan qovulan Sançezi Andre Eskobarın taleyi gözlədiyini də gizlətməyiblər: “Əgər Eskobar DÇ-1994-də öz qapısına qol atdığı üçün öldürüldüsə, o zaman Sançez də öldürülməlidi. Meyiti də mundarlanmalıdı”.
Artıq bu paylaşım Kolumbiya polisini də hərəkətə keçirib. Asayiş keşikçiləri bu paylaşımların sahiblərini aşkara çıxarmaq üçün xüsusi qrup yaradıblar. Ölkə radiosu isə kiber cinayətlə bağlı istintaq başladığını açıqlayıb.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək