Orxan Məmmədov “Zirə” ilə bağlı paylaşım etdi
30.06.2024 - 11:30

"Zirə" klubunun İdarə Heyətinin sədri Orxan Məmmədov komandaya Avropa Liqasında uğurlar arzulayıb.
Apasport.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Paytaxt klubunun rəhbəri "Zirə"nin Boluda keçirilən hazırlığı ilə yaxından maraqlanıb. O, paylaşımda komandanın "Şerif"lə görüşlərdə azarkeşləri sevindirəcəyinə inandığını bildirib.
Qeyd edək ki, "Zirə" ilə "Şerif" arasında ilk oyun iyulun 11-də Tiraspolda, cavab görüşü 1 həftə sonra Bakıda olacaq.
- Bakıda UEFA-nın PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib
- “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb
- Azərbaycanda daha bir stadion təmirə bağlanır - EKSKLÜZİV
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"
1
0