Portuqaliyalı yarımmüdafiəçi "Karvan"da - RƏSMİ
07.08.2025 - 10:22

"Karvan" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Yevlax təmsilçisi Vitor Roşanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu son olaraq ölkəsinin “Sanjoanense” klubunda forma geyinib.
0
0