Azərbaycan futbol liqalarında çalışan baş məşqçilərin lisenziya növləri ilə bağlı statistika açıqlanıb.
Apasport.az xəbər verir ki, Premyer Liqa klublarında üstünlük UEFA PRO lisenziyasına malik mütəxəssislərdədir.
Yüksək liqada çıxış edən komandalardan 8-nin baş məşqçisi UEFA PRO, 2-si UEFA A lisenziyasına sahibdir.
I Liqa klublarında isə daha müxtəlif mənzərə müşahidə olunur. Bu liqada 5 məşqçi UEFA A, 3 məşqçi UEFA B, 2 məşqçi isə UEFA PRO lisenziyası ilə fəaliyyət göstərir.
II Liqada çalışan mütəxəssislər arasında UEFA B lisenziyalı məşqçilər üstünlük təşkil edir. Aşağı liqada 3 məşqçi UEFA B, 2 məşqçi UEFA A, 1 məşqçi isə UEFA PRO lisenziyasına malikdir.
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
- “Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir
- 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayı müəyyənləşib
- I Liqada XI tura start veriləcək
- "Qalatasaray"ı dayandıracaq tək məşqçi Qurban Qurbanovdur" - VİDEO