Prezident "Qarabağ"ı "Kopenhagen" üzərində qələbə münasibətilə təbrik edib
01.10.2025 - 23:20

Prezident İlham Əliyev "Qarabağ"ı "Kopenhagen" üzərində qələbə münasibətilə təbrik edib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan dövlət başçısının sosial şəbəkə hesabında paylaşım edilib:
"Danimarka çempionu "Kopenhagen" üzərində inamlı qələbə qazanması münasibəti ilə "Qarabağ" futbol klubu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələrini bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir", - paylaşımda deyilir.
0
0