PSJ-nin futbolçusu "Real" yolunda
08.10.2025 - 21:21
İspaniyanın “Real” klubu PSJ-nin futbolçusu Dezire Due ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb. Madrid klubu mövsümün sonuna kimi fransalı vingeri yaxından izləyəcək.
“Kral klubu” Due üçün Brahim Dias və ya Rodriqo ilə yollarını ayırmağa hazırdır. Madrid təmsilçisi onların satışından gələcək pulla Duenin transferini tamamlamaq niyyətindədir.
20 yaşlı vinger bu mövsüm 11 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
- “Səbail” və “Baku Sportinq” üçün ikincilik şansı - YENİLƏNİR
- Dambrauskas təəccüblənib: "Başqa ölkədə hakimlərdən bu qədər danışmırlar"
- "Qarabağ" ulduz futbolçusu ilə vidalaşır? - Qurbanov özü açıqladı
- Qurban Qurbanov hakimlər haqda: "Sanki başlarını itiriblər"
- Finalın adı: ”Sabah” - “Zirə”- YENİLƏNİB
0
0