Qabonlu müdafiəçi I Liqa klubunda - RƏSMİ
14.01.2026 - 23:57
Qabonlu müdafiəçi I Liqa klubunda - RƏSMİ

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Difai" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda müdafiəçi Ondo Vensli ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı qabonlu oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Ondo karyerası ərzində "Dinamo Avto Tiraspol", "Karvan-Yevlax" və "Ales" kimi komandaların formalarını geyinib.