"Qarabağ" - "Ayntraxt" oyununa 26 mindən çox bilet satılıb
21.01.2026 - 12:23
Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Apasport.az xəbər verir ki, Ağdam klubunun əsas mərhələdəki son ev oyununa 26500 bilet satılıb.
Qeyd edək ki, görüş bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
0
0