“Qarabağ” beynəlxalq turnirə qələbə ilə başlayıb
06.12.2025 - 14:25
“Qarabağ”ın U-12 komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi “Kızıljar” (Qazaxıstan) komandasını 2:0 hesabı ilə məğlub edib.
“Qarabağ” beynəlxalq yarışda ümumilikdə 6 oyun keçirəcək. Qazaxıstan, Azərbaycan, Rusiya, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Tacikistan təmsilçilərinin yer aldığı turnirə dekabrın 8-də yekun vurulacaq.
0
0