“Qarabağ” – “Çelsi” oyununun biletləri tükənir
30.10.2025 - 13:18
“Qarabağ” – “Çelsi” oyununun biletləri tükənir

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri tükənmək üzrədir.

Apasport.az xəbər verir ki, satışda yalnız VİP yerlər üçün az sayda bilet mövcuddur.

Digər sektorlar üçün ayrılan biletlər isə artıq satılıb.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.