“Qarabağ” - “İmişli” matçının biletləri satışa çıxarılır
13.05.2026 - 14:53
Futbol üzrə Misli Premyer Liqasının XXXII turu çərçivəsində keçiriləcək “Qarabağ” - “İmişli” oyununun biletləri satışa çıxarılır.
Apasport.az xəbər verir ki, biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az platforması vasitəsilə onlayn satışda olacaq.
Qiymətlər sektorlara uyğun olaraq 5-20 manat aralığında dəyişir.
Oyun günü azarkeşlər biletləri həm stadionun kassalarından, həm də onlayn şəkildə əldə edə biləcəklər.
Qeyd edək ki, mayın 16-da keçiriləcək qarşılaşma saat 17:00-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda start götürəcək.
0
0