“Qarabağ” “İmişli”yə qarşı - YENİLƏNİR
31.10.2025 - 09:13
“Qarabağ” “İmişli”yə qarşı - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında X tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Son çempion "Qarabağ" öz meydanında "İmişli"ni sınağa çəkəcək.

Qurban Qurbanovun kollektivi oyunu qələbə ilə başa vuraraq liderliyə yüksəlmək niyyətindədir. "İmişli" isə "Qarabağ" səfərindən sərfəli nəticə ilə qayıtmaq istəyir.

Oyun saat 17:00-da start götürəcək.

Misli Premyer Liqası
X tur
17:00. “Qarabağ” - “İmişli”