Bu gün Azərbaycan Basketbol Liqasında V turun növbəti matçları baş tutacaq.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.
A qrupunda yer alan “Gəncə” “Şəki”ni qəbul edəcək. Meydan sahibləri turnir cədvəlində 4 xalla beşinci, qonaqlar 5 xalla üçüncü pilədə qərarlaşıb.
B qrupunda mübarizə aparan “Sərhədçi” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. “Gənclik şəhəri” təmsilçisi turnir cədvəlində 4 xalla altıncı, Bakı klubu isə 5 xalla beşincidir.
Hər iki görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq. Ötən gün “Ordu” səfərdə “Lənkəran”ı məğlub edib - 91:76.
- "Sabah"ın basketbolçusu Çempionlar Liqasının rəmzi komandasına seçilib
- "Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb
- “Sabah” Çempionlar Liqasında məğlub oldu
- “Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazandı
- Basketbol Liqasında 1/4 final oyunlarının təqvimi açıqlandı