
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Qarabağ” - “Malmö” (İsveç) oyununun biletləri bu gün, saat 12:00-dan etibarən satışa çıxacaq.
Apasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Azarkeşlər biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" - "Malmö" görüşü oktyabrın 3-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
- Danilo Dias: “Pedro “Qarabağ”da ən böyük sürprizlərdən biri olacaq”
- Ramin Quliyev: “Bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi”
- Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşib
- "Qəbələ" - "Kəpəz" matçının başlama saatı bəlli oldu
- Azərbaycanın iki güləşçisi reytinq turnirində mükafatçılar sırasına düşüb