"Qarabağ" üçün Juninyo məsələsi bağlandı: AĞDAM TƏMSİLÇİSİNİN GÖZÜ PORTUQALİYADA
02.09.2025 - 18:39
"Qarabağ" hücum xəttinə legioner forvardın cəlb olunması üçün çalışır.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Juninyo və Sambu Sumanonun keçidi üçün bəzi təkliflər irəli sürsə də, son ana qədər cavab ala bilməyib.
Bu variantdan hələ ki, istədiyini ala bilməyən "köhlən atlar" yenidən "Akademika Vizeu"nun hücumçusu Andre Klovislə bağlı danışıqlara keçib.
Portuqaliya klubu "Qarabağ"dan Klovisin transferinə görə 2 milyon avro tələb edib. Hazırda "Qarabağ" Juninyo məsələsini qismən yekunlaşdırıb.
Amma Sumano və Klovis mövzusunda danışıqlar davam edir.
- Serbiya Superliqasının baş katibi PFL-də – Əməkdaşlıq perspektivləri müzakirə olundu
- Prezident İlham Əliyev U-15 dünya çempionatının təşkili barədə Sərəncam imzalayıb
- "Zaqatala" baş məşqçisi ilə yollarını ayırdı – 9 illik yolun sonu
- Yoxlama matçı: "Turan Tovuz" "Fatih Karagümrük"ə qarşı
- Kamal Umudluya avrokubok təyinatı – Albaniyada fit çalacaq
7
2