"Qarabağ"ın futbolçusu Yassin Benzia yenidən fikrini dəyişib.
Apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçi bir neçə klubdan ciddi təklif alıb.
O, öncə Ağdam təmsilçisində qalmağa ilkin razılıq verib.
Lakin sonradan qarşı tərəfə yekun qərarını açıqlamayıb. Futbolçu maaşının artırılmasını tələb edib.
Həmçinin əlcəzairli "Qarabağ"ın müəyyən şərtləri yerinə yetirməsini istəyib. Ölkə çempionu həmin şərtlərlə razılaşarsa, Yassin klubda qalacaq.
Ağdam təmsilçisinin onun istəklərini yerinə yetirmədiyi təqdirdə Benzia Azərbaycanı tərk edəcək.
Qeyd edək ki, 2023-cü il yanvarın 26-da "Qarabağ"a keçən 30 yaşlı futbolçunun müqavilə müddəti gələn ay başa çatacaq.
- Serbiya Superliqasının baş katibi PFL-də – Əməkdaşlıq perspektivləri müzakirə olundu
- Prezident İlham Əliyev U-15 dünya çempionatının təşkili barədə Sərəncam imzalayıb
- "Zaqatala" baş məşqçisi ilə yollarını ayırdı – 9 illik yolun sonu
- Yoxlama matçı: "Turan Tovuz" "Fatih Karagümrük"ə qarşı
- Kamal Umudluya avrokubok təyinatı – Albaniyada fit çalacaq