Bizon Azərbaycan Kuboku çərçivəsində keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşması ilə bağlı azarkeşlər üçün önəmli məlumat açıqlanıb.
Apasport.az xəbər verir ki, bəzi azarkeş kateqoriyaları üçün xüsusi güzəştlər tətbiq olunacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, qadın azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq. Bundan əlavə, 15 yaşınadək uşaqlar valideynləri ilə birlikdə stadiona gəldikləri halda biletsiz, yəni ödənişsiz daxil ola biləcəklər.
Qeyd olunub ki, 15 yaşınadək uşaqlar stadiona tək gəldikləri halda giriş ödənişli olacaq. Uşaqları ilə stadiona gələn valideynlər isə özləri üçün bilet əldə etməlidirlər. Yalnız uşaqlar üçün, valideyn müşayiəti ilə giriş ödənişsizdir.