
"Qarabağ" Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsində mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, liqa mərhələsinin püşkü sabah atılacaq. Qurban Qurbanovun yetirmələrinin rəqibləri Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə bəlli olacaq.
Liqa mərhələsində 36 komanda iştirak edəcək. Hər komanda 8 oyuna çıxacaq. İştirakçıların rəqibləri də püşkdə bəlli olacaq.
Püşkatma ərəfəsində klublar reytinqinə əsasən 4 səbətə bölünəcək. Komandalar hər səbətdən iki rəqiblər – biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.
8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.
Artıq 36 klubdan 24-ü bəllidir: “Roma”, “Mançester Yunayted”, “Porto”, “Reyncers”, “Latsio”, “Ayntraxt”, “Tottenhem”, “Slaviya”, “Real Sosyedad”, “Alkmaar”, “Olimpiakos”, “Lion”, “Fənərbaxça”, “Qarabağ”, “Qalatasaray”, “Bodo Qlimt”, “Union Sent Jiloaz”, “Dinamo” K, “Midtulland”, “Malmö”, “Atletik”, “Hoffenhaym”, “Nitsa”, “Tvente”.
Digər 12 komanda Avropa Liqasının bugünkü görüşlərindən sonra dəqiqləşəcək. Bundan sonra bütün klubların səbətləri müəyyənəşəcək. Komandamız ya ikinci, ya üçüncü səbətə düşəcək.
Qeyd edək ki, liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.
2024-cü il
I tur: 25-26 sentyabr
II tur: 3 oktyabr
III tur: 24 oktyabr
IV tur: 7 noyabr
V tur: 28 noyabr
VI tur: 12 dekabr
2025-ci il
VII tur: 23 yanvar
VIII tur: 30 yanvar
- Valdas Dambrauskas: “Rəqibimiz daha çox risk almağa məcbur olacaq”
- "Neftçi"nin yeni transferi Alessio Kurçi: Qol və assistləri - VİDEO
- "Neftçi"nin Yeni Transferi Kimdir: “Maynts” Akademiyasından Bakı Klubuna
- "Qarabağ"a növbəti imtina: Daha bir hücumçu "yox" dedi
- Zaur Həşimov: "Yeni mövsüm üçün "Zirə"nin heyəti kasad görünür"