“Neftçi”də yeni hakim qaydaları ilə bağlı seminar keçirilib
17.11.2026 - 15:13
“Neftçi”nin məşqçi və futbolçu heyəti üçün seminar təşkil olunub.
Apasport.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində keçirilən tədbirdə AFFA-nın Hakim-inspektorlar Komitəsinin üzvü, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədov iştirak ediblər.
Seminar zamanı komanda üzvlərinə hakimlikdə tətbiq olunan yeni qaydalar barədə ətraflı məlumat verilib, maarifləndirici videolar nümayiş etdirilib.
0
0