“Qarabağ”ın kubok oyununun biletləri satışda
02.12.2025 - 11:54
Azərbaycan Kubokunun 1/8 finalında “Qarabağ” ilə “Karvan-Yevlax” arasında keçiriləcək oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.
Apasport.az xəbər verir ki, bu barədə “atlılar”ın mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Sabah, “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Karvan-Yevlax” oyununa saat 19:00-da start veriləcək.
0
0