"Qarabağ"ın sabiq legioneri çinlilərin radarında
05.07.2025 - 11:49
"Qarabağ"ın sabiq legioneri çinlilərin radarında

“Qarabağ”dan ayrılan Yassin Benzia karyerasını Çində davam etdirə bilər.

Apasport.az "Africafoot"a istinadla xəbər verir ki, “Çanqçun Yatai” klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır. 

Benzia “Qarabağ”da ümumilikdə 97 oyunda 25 qol vurub, 25 məhsuldar ötürmə edib.

Hazırda azad agent statusu daşıyan yarımmüdafiəçi “atlılar”la müqaviləsini uzatmayıb.