"Qarabağ"ın legioneri oynadı, komandası qazandı
11.09.2024 - 13:14
“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin şərəfini qoruduğu Kabo-Verde millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində C qrupunda növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Kabo-Verde Mavritaniya millisini qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.
Andrade 82-ci dəqiqədə meydana buraxılıb. O, 90+1-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. İki turdan sonra onun komandası üç xalla öz qrupunda 2-ci yerdədir.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
0
0