UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun oyunlarından sonra "Qarabağ"ın müdafiəçisi Kevin Medina da ən yaxşılar arasında yer alıb.
Apasport.az xəbər verir ki, kolumbiyalı futbolçu 7 tur ərzində ən çox top qazanan oyunçular arasındadır. 52 dəfə top qazanan Medina bu göstəricidə 5-ci yerdədir.
Cədvələ "Atletik"in müdafiəçisi Aytor Parades (68) başçılıq edir. "Atalanta"dan Odilon Kossunu (56) 2-ci, "Kayrat"dan Yeqor Sorokin (54) 3-cü, "Slaviya"dan David Zima (53) isə 4-cüdür.
Qeyd edək ki, Kevin Medina bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol vurub.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ