"Qarabağ"ın U-19 komandasının oyununu çexiyalı hakim idarə edəcək
24.11.2025 - 16:53
UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının İtaliyada "Napoli"yə qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.
Apasport.az xəbər verir ki, qarşılaşmanı Çexiyadan olan hakim Dominik Starı idarə edəcək.
Ona həmyerliləri Lukaş Slavitsek və Jozef Suma kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 25-də, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
- Freddi Varqas yenidən “Neftçi”də – Futbolçu Bakıdadır
- “Neftçi” və “Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
- “Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı
- Yeni mövsümdə ilk böyük imtahan – “Neftçi”dən nə gözləyək?
- ÇSKA-ya UEFA-dan sərt cəza – "Qarabağ"la oyuna azarkeşsiz gələcəklər
0
0