Qazaxıstana yenə məğlub olduq: Bu dəfə 4 topla
15.04.2026 - 22:32
Azərbaycan futzal millisi Qazaxıstanla ikinci yoldaşlıq oyununu keçirib.
Apasport.a xəbər verir ki, Aktauda baş tutan görüş ev sahibi komandanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin qollarını Ülvi Əliyev və Ədalət Ələkbərov vurublar.
Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilən görüşdə Qazaxıstan 9:2 hesablı qələbə qazanmışdı.
0
0