“Qəbələ” “Şamaxı” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
24.01.2026 - 15:53
“Qəbələ” “Şamaxı” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB

Misli Premyer Liqasında XVII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Şamaxı” öz meydanında “Qəbələ”ni qəbul edib.

Oyuna saat 14:00-da start verilib. 4 qolun vurulduğu görüşdə sevinən tərəf qonaqlar olub. "Qəbələ" rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb - 4:0.

Misli Premyer Liqası
XVII tur

14:00. "Şamaxı" – "Qəbələ" 0:4

Qol: Domi Massumo 45, İsaak Amoah, 46, İsmael Akinade, 81, Fərid İsgəndərov, 90+4

Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu

“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 48. Ramiz Muradov, 14. Ravil Qafarov, 3. Vladislav Veremeyev, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu

Baş məşqçi: Ayxan Abbasov

“Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 3. Eduardo Kunde, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Quimbila

Məşqçi: George Çixradze