“Qəbələ”də braziliyalı müdafiəçi
04.08.2025 - 18:21

"Qəbələ" yeni transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi braziliyalı müdafiəçi Eduardo Kunde ilə müqavilə imzalanıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
28 yaşlı "sambaçı" 2025/26 mövsümündə "qırmızı-qaralar"ın formasını geyinəcək.
Qeyd edək ki, Kunde Bolqarıstan və İndoneziyada legioner həyatı yaşayıb.
0
0