“Qəbələ”dən I Liqa klubuna
25.07.2025 - 19:25
“Qəbələ”dən I Liqa klubuna

“Baku Sporting” hücumçu Sənan Ağalarovla güclənib.

Apasport.az xəbər verir ki, 20 yaşlı futbolçu icarə əsasında bir il komandada çıxış edəcək.

Müqavilə ilə “Qəbələ”FK-ya məxsus olan Ağalarov ötən mövsüm “Araz-Naxçıvan”ın şərəfini qoruyub.

“Baku Sporting” yeni mövsümdə I Liqada mübarizə aparacaq.