İsveçrə millisinin yarımmüdafiəçisi Qranit Caka Serbiya ilə oyunda (2:1) vurduğu qoldan sonra etdiyi jest barədə fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu qol sevincini ana vətəninə həsr etdiyini deyib.
“Mənim üçün özəl oyun idi. Qələbəni məni həmişə dəstəkləyən dostlarıma və qohumlarıma həsr edirəm. Qolu qeyd edərkən rəqibə mesaj verməyə çalışmırdım. Etdiyim jest həmişə mənimlə olan, heç vaxt məni yarı yolda qoymayan insanlar üçün idi. Qol sevincimi valideynlərimin doğulduğu yerə - vətənimə həsr etdim. Saf emosiyaların qarşılığı nəticəsində belə bir şey ortaya çıxdı” – deyə, o bildirib.
Qeyd edək ki, Qranit Caka Serbiya millisi ilə oyunda fərqləndikdən sonra əlləri ilə Albaniyanın rəmzi hesab olunan qartalı təsvir edərək qol sevincini qeyd etmişdi. Onun valideynləri əslən Kosovo albanlarıdılar.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək