"Quba"ya xəbərdarlıq edildi
25.09.2025 - 12:28
"Quba"ya xəbərdarlıq edildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaq I Liqa, II Liqa və aşağı yaş qruplarının matçları barədə qərarlar verilib.

22.09.2025-ci il tarixində II Liqada III turun “Quba” – “’Şəmkir” oyununun 46-cı dəqiqəsində “Quba” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Quba” komandasına xəbərdarlıq edilsin (maddə 86.3, 20);
 
22.09.2025-ci il tarixində II Liqada III turun “Şirvan” – “’Göygöl” oyununda “Göygöl” komandasının nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Göygöl” komandası 100 manat cərimə edilsin (maddə 86.12);
 
22.09.2025-ci il tarixində II Liqada III turun “Şirvan” – “’Göygöl” oyununda “Göygöl” komandasının həkimi olmadığına görə “Göygöl” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68)
 
23.09.2025-ci il tarixində II Liqada III turun “Kür-Araz” – “’Araz Saatlı” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
23.09.2025-ci il tarixində II Liqada III turun “Sheki City” – “Qaradağ Lökbatan” oyununun 85-ci dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 6 nömrəli futbolçusu İsa Zeynallı ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilsin (maddə 17.7);
 
23.09.2025-ci il tarixində II Liqada III turun “Sheki City” – “Qaradağ Lökbatan” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndi pozulduğuna görə “Sheki City” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68);
 
16 sentyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Kəpəz PFK oyununda Şamaxı FK komandasının heyətində N64 futbolçu Ramiz Zamanov qarşılaşmanın 88-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7);
 
16 sentyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Kəpəz PFK oyununda Qarşılaşmanın 90+5-ci dəqiqəsində Şamaxı FK komandasının heyətində N96 futbolçu Sahib Babayev qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7);
 
20 sentyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Sumqayıt FK oyununda Kəpəz PFK komandasının heyətində N19 futbolçu Nihad İsaqov qarşılaşmanın 83-cü dəqiqəsində təcavüzkar davranışa (rəqibi vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalansın (maddə 45.1);
 
20 sentyabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Sumqayıt FK oyununda Qarşılaşmanın 83-cü dəqiqəsində Sumqayıt FK komandasının heyətində N71 futbolçu Raul Əliyev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalansın (maddə 45.1);
 
20 sentyabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Universal Football Academy-European Football Academy oyununda Universal Football Academy komandasının heyətində N9 futbolçu Amal Qasımov qarşılaşmanın 76-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7);
 
21 sentyabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Zirə PFK-European Football Academy oyununda Zirə PFK komandasının heyətində N4 futbolçu Raul Paşayev qarşılaşmanın 68-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 17.7);
 
20 sentyabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Şəfa FK-Sumqayıt FK oyununda Sumqayıt FK komandasının heyətində N1 futbolçu Xəqani Abbaslı qarşılaşmanın 57-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 46);
 
20 sentyabr 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Karvan-Yevlax-Xocalı FK oyununda Xocalı FK komandasının heyətində N4 futbolçu İman Niftəliyev qarşılaşmanın 64-cü dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 44.1);
 
18.09.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək Liqanın Neftçi İK İB – Lənkəran MFK oyununda, Neftçi İK İB komandasının qapıçısı Vladislav Reznov oyunun 23-cü dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 46);
 
18.09.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək Liqanın U-19  – Şuşa MFC oyununda, U-19  komandasının 6 nömrəli oyunçusu Oqtay Mahmudzadə oyunun 12-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 46).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.