"Məncə, belə bir uğur olmamışdı. Bəlkə də Azərbaycan futbolunun ən böyük uğuru oldu".
Apasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məçqçisi Qurban Qurbanov matçdan sonra verdiyi ilk açıqlamada deyib.
Təcrübəli mütəxəssis tarixi uğuru belə şərh edib:
"Hər kəsi təbrik edirəm. Son dövrlərdə bizə, komandaya olan inamın azaldığını hiss edirdik. Azarkeşlərimizi bu gün belə sevincli görmək çox xoşdur. Allaha şükürlər olsun ki, son saniyələrdə vurduğumuz qolla daha bir tarix yazdıq".
Qeyd edək ki, təmsilçimiz "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin 7-ci oyun günündə Tofiq Bəhramov adına Respublika Stadionunda "Ayntraxt Frankfurt"u 3:2 məğlub edərək xallarının sayını 10-a yüksəldib.
- “Kəpəz” qış toplanışında 10 yetirməsinə şans verib
- Emin İmaməliyev: “Bu qələbə “Qarabağ”a pley-off yolunu açacaq”
- "Karvan-Yevlax" üç futbolçusu ilə yollarını ayırıb
- Millimizin üzvü: “Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”
- "Qarabağ" - "Ayntraxt" oyununa 26 mindən çox bilet satılıb