Rafinya yenidən sıradan çıxdı
29.03.2026 - 00:30
“Barselona”nın futbolçusu Rafinya yenidən zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, Braziliya milli komandasının düşərgəsində budun arxa əzələsindən xəsarət alıb.
29 yaşlı oyunçu təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Rafinya bu mövsüm “Barselona”nın heyətində 31 matçda 19 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0