Rahil Məmmədov rəsmən “Araz-Naxçıvan”da
25.07.2025 - 14:14
Rahil Məmmədov rəsmən “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, komanda mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.

Qeyd edək ki, Rahil Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib. Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.