Region Liqası: “Göyəzən” yarımfinalda
08.05.2025 - 21:56
Region Liqası: “Göyəzən” yarımfinalda

AFFA Region Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az xəbər verir ki, yarımfinala yüksələn komandaların adlarına aydınlıq gəlib. 

“Xankəndi” cavab oyununda “Çinar Zəngilan”dan güclü olub. Onlar iki oyunun nəticəsində görə, 5:0 hesabı ilə qalib gəliblər.

Region Liqası
1/4 final, cavab oyunları

“Naftalan” – “Ağstafa Gəncləri” – 0:0 (ilk oyun 0:1)

“Record Club” – “Göyəzən” – 2:1 (ilk oyun 2:4)
Rahid Ağazadə, 43 (pen.); Toğrul İsmayılzadə, 71 - Ülvi Mahmudov, 6

“Xankəndi” – “Çinar Zəngilan” – 3:0 (ilk oyun 2:0)
Hüseyn Mənəfli, 12; Pərviz Qaraxanov, 28; Elariz Xəlilli, 36

“Marafon” – “Şirvan” – 2:0 (ilk oyun 2:5)
Ramil Zahidov, 49; Vüqar Əşrəfli, 67 (pen.)

Yarımfinal

“Göyəzən” - “Şirvan”
“Xankəndi” - “Ağstafa Gəncləri”

Qeyd: Yarımfinal mərhələsinin ilk oyunları 13-14 may, cavab görüşləri 17-18 may tarixlərində keçiriləcək.