
Misli Premyer Liqasının VI turunun “Zirə” ilə matçından (0:2) sonra Rəhman Hacıyev apasport.az saytına açıqlama verib.
“Neftçi”nin futbolçusu komandanın ümumi durumunu dəyərləndirib: “Bilmirəm nə deyim… İstədiyimiz kimi oynaya bilmirik. Gözləyib görək necə olacaq. Bu, belə davam eləməz. “Neftçi”də hər cəhətdən dəyişikliklər olmalıdır. Ümid edirəm ki, tez bir zamanda bərpa olunarıq”.
Hacıyev “ağ-qaralar”ın uğursuz nəticələrindən də danışıb: “Problemin nə olduğunu mən də bilmirəm. Hazırda heç bir şey demək olmur. Daha istəkli oynamaq, meydanda can qoymaq lazımdır. Gərək futbolçunun özündə də xarakter olsun. Tez bir zamanda düzəlişlər etməliyik. Bu il qol vura bilmirik. Ümumiyyətlə, nəticələrə baxanda adam dəli olur”.
İsmayıl Xeyrullayev
- Elçin Məsiyev Avropa çempionatının matçına təyinat alıb
- “Qarabağ” Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi olub
- Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Vasili Berezutski: “Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”