Renat Dadaşov zədəsini sağaldıb
01.12.2025 - 12:58
Renat Dadaşov zədəsini sağaldıb

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov zədəsini sağaldıb.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Motor”da çıxış edən hücumçu bu gün Polşa çempionatında “Legiya” ilə matçda şans veriləcəyi halda meydana çıxa bilər.

Renat zədə səbəbindən ötən turda “Krakoviya” ilə matçda oynamayıb.

Qeyd edək ki, “Motor” – “Legiya” oyununa saat 22:00-da start veriləcək.