Renat Dadaşovun yeni komandası bəlli olub
15.07.2025 - 14:53

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, forvard "Radomiak"dan ayrılsa da, Polşada qalıb.
O, yüksək liqa təmsilçisi olan "Motor"a transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin detalları ilə bağlı məlumat verilməyib.
0
0